Şinlərin balansı

Oxunub: 437
13/12/2022

Şinlərin hər 1.500-2.000 km-dən sonra balansını yoxlatdırın və korrektə etdirin. Uzun müddət eyni təkərdəsinizsə onda hər 10.000-12.000 km-dən sonra balans etdirmək lazımdır. Təkərlərin disbalansı təhlükəsiz idarəetmədən tutmuş rahatlığa qədər "cavabdehlik” daşıyır.

Sükanda 70-110 sürət zamanı titrəyiş müşahidə olunursa demək hansısa dərin enişdə və ya yoxuşda, yaxud zərbədə şinə güclü təzyiq düşüb. Bu nasazlıq mütləq nizamlanmalıdır. Əslində təkərlərin balansı profilaktik bir rituala çevirilməlidir. Ümumiyyətlə, təkərlərin balansı həm də şinlərin vaxtından tez sıradan çıxmasının qarşısını alır.

Bəzən disbalans çox kiçik problemlərdən də qaynaqlana bilir. Disklərdə palçığın donması, təkər bağlanan zaman qaykaların düzgün bərkidilməməsi, supinatorun (təkəri mərkəzləşdirmə avadanlığı) yoxluğu üzündən baş verən uyğunsuzlu buna səbəb olur. Amma disbalansı yaradan əsas səbəbsə narahat yollarımızdır. Hər dəfə sürətlə bir çuxura düşdükdə və ya məhəllələrdə sürətə qarşı düzəldilmiş süni maneəni keçdikdə təkərlərin əyilməsi gözləniləndir.