Qış, yoxsa yay şinləri?

Oxunub: 649
15/12/2022

Bunun üçün bəzi şeyləri öyrənməmiz lazımdır. Minik avtomobilləri üçün şinlər 3 növ olur. Qış, yay və (belə deyilən) bütün mövsümlər üçün. Bu işin peşəkarları qışda qış şinlərindən, yayda isə yay şinlərindən istifadə etməyi məsləhət görürlər. Bütün mövsümlər üçün deyilən şinlərin universal protektorları olur və bu zaman çox şey protektorun naxışından və rezinin tərkibindən asılıdır. İqlimimiz yumşaq olduğuna görə bütün mövsüm üçün təkərlər əlbəttə sərfəli seçimdir. Amma unutmayaq ki, qış mövsümündə əgər havanın tempraturu müsbət 5 dərəcədən aşağı düşürsə mütləq avtomobilin təkərlərinə qış şinləri taxılmalıdır. Əgər daha güclü şaxtalar olmazsa bu "tikansız” təkərlər bütün qışı sizi qoruya biləcək.