Michelin təkərləri haqqında

Oxunub: 936
26/12/2022

Michelin (Mişlen kimi tələffüz edilir) — 1889-cı ildə yaranan Fransız şirkəti, şin istehsalçısıdır.

1934-cü ildən 1976-cı illərdə Michelin şirkəti Citroёn avtomobil istehsalçısının sahibi idi. 1988-ci ildə şirkət Amerikanın şin istehsalçısı B.F. Goodrich Company-ni əldə edib, şirkət bütün tarixi boyunca, müxtəlif ölçülərdə təxminən on şin şirkətini əldə edib. Michelin, 1946-cı ildə radial şinlərin ixtirası kimi, təkər sənayesində bir çox yeniliklərin müəllifidir. Həm də ən mühüm məqamlardan biri 1992-ci ildə bazarda, yanacağa qənaət edən aşağı diyirlənmə müqavimətli "yaşıl şin" Energy, yaranıb.