Təkər qapaqları hansı materialda olur?

Oxunub: 316
06/01/2023

Təkər istehsalında material və istehsal texnologiyası çox önəmlidir. Lakin təkər qapaqlarında bu məsələ bu qədər də qəliz deyil. Avtomobil ehtiyat hissələri bazarında hətta ən ucuz plastik materialdan hazırlanmış təkər qapaqları da tapa və ala bilərsiniz. Belə təkər qapaqları güclü zərbələrə tab gətirməyə bilər, amma bu dezavantaj sayılmır. Çünki təkrar yenilənmə tələb etsə də ümumilikdə  maksimum keyfiyyətli olan təkər qapaqlarından daha münasib olur.

Bəs təkər qapaqlarında hansı materiallardan istifadə edilir?

Rezin. Rezin materialında olan təkər qapaqları avtomobil ehtiyat hissələri bazarında bir o qədər də asan tapılmır. Amma demək olar ki, belə qapaqlar deformasiyaya məruz qalmır və təkərin radiusunu böyüdür.

Plastmas. Plastmas olan təkər qapaqları yumuşaq və sərt olmaqla iki yerə ayrılır. Fərqləri isə istifadə müddətinin uzun və ya qısa olmasındadır. Material nə qədər sərt olarsa, təkər qapaqlarının qırılmaq ehtimalı bir o qədər yüksəkdir.

Metal. Belə təkər qapaqları olduqca keyfiyyətlidir. Bununla yanaşı həm də bahalı olması ilə seçilir.

Həmçinin təkər qapaqlarında digər materiallardan hazırlanmış dekorativ əlavələr ola biləcəyini də unutmayın. Məsələn, bəzi təkər qapaqlarında olan əlavələr xromdan olur. Bu avtomobil aksesuarının dayanıqlılığına və ya iş prinsipinə hər hansısa təsir etmir.

Bəs ən yaxşı təkər qapaqları hansı materialdan olan təkər qapaqlarıdır?

Bu sualın iki cür cavabı var: keyfiyyətli və münasib təkər qapaqları, keyfiyyətli və baha olan təkər qapaqları.

Həm keyfiyyətli, həm də münasib olan təkər qapaqları yumuşaq plastmas materialda olan təkər qapaqlarıdır.

Keyfiyyətli olması ilə yanaşı bahalı olan təkər qapaqları isə metaldan olanlardır. Bir çox avtomobil həvəskarları məhz metal təkər qapaqlarından istifadə edir. Çünki metal materialında olan təkər qapaqları daha estetik görüntü yaradır.

Təkər qapaqları necə seçilir?

Avtomobil üçün uyğun olan təkər qapağını tapmaq asandır. Hətta təkər qapaqlarını təkərə taxmaq üçün sürücünün xoşlu alətlərə ehtiyacı da olmaya bilər. Lakin təkər qapağı alarkən iki sual yaranır:

Bəs avtomobil üçün doğru təkər qapağını necə seçmək lazımdır? Hansı təkər qapağı avtombil üçün uyğundur? Hər iki sualın isə ortaq cavabı var.

İlk olaraq təkərin diametrini bilmək lazımdır. Təkər qapağı alacaqsınızsa və seçiminiz universal təkər qapaqlarından yana olacaqsa, sadəcə təkərin diametrini bilmək kifayət edir.

Yox, əgər konkret markaya uyğun təkər qapaığı alacaqsınızsa, o zaman təkərin diametri ilə yanaşı avtomobilin əsas parametrlərini də nəzərə almaq lazımdır.

Bununla yanaşı təkər qapağı alarkən bir neçə məsələni dəqiqləşdirmək lazımdır. Öncəliklə büdcəni təyin etmək lazımdır. Daha sonra avtomobilin idarəetmə tərzini də təyin etmək lazımdır:

  • Avtomobili aqressiv tərzdə idarə edirsinizsə açıq başlıqlı təkər qapaqlarından istifadə edin;
  • Təkər qapaqlarındakı bağlanan elementlər təkərdəki dəliklərlə uyğun olmalıdır;
  • Almaniya, Polşa və Cənubi Koreya istehlı olan təkər qapaqlarına üstünlük verin.

Təkər qapaqlarını necə qorumaq olar?

Bu mövzuda bir çox sürücülərin ortaq problemi var: avtomobillərinin təkər qapaqları oğurlanır. Təkər qapaqlarının oğurlanmasının 100%-lik qarşınısı almaq mümkünsüz görünür. Lakin avtomobilinizdəki təkər qapaqlarının oğurlanmaması üçün bir neçə yol var:

  • Avtomobili qapalı yerdə saxlayın;
  • Təkər qapağının rəngində dəyişiklik edin. Belə olan halda ehityat hissələri bazarında tələb olunmadığı üçün oğurlanma ehtimalı azalır;
  • Təkər qapaqlarına ağ və ya gözəçarpan hər hansısa rəngdə xüsusi nəsə qeyd edin. Məsələn, avtomobilin qeydiyyat nişanını yaza bilərsiniz;
  • Yalnız xüsusi alətlər vasitəsilə açılan bağlantılardan istifadə edin.

Qeyd edilən üsullarla təkər qapaqlarının oğurlanmasının qarşısını almaq qismən mümkündür. Lakin unutmaq lazım deyil ki, oğru yalnız təkər qapağını deyil, təkəri də oğurlamaq istəyə bilər. Ona görə də ən yaxşı üsullardan biri və birincisi avotmobildə təhlükəsizlik siqnalını aktivləşdirməkdir.

Avtomobil üçün təkər qapaqları haradan alınar?

Təkər qapaqları almaq üçün avtomobil ehtiyat hissələri bazarına baş çəkməyiniz kifayət edir. Lakin bu üsulla doğru təkər qapağını münasib qiymətə tapmaq xeyli zaman tələb edəcək. Otobaza.com saytına daxil olaraq rahatlıqla və qısa zamanda axtardığınız materialda və ölçüdə təkər qapağını rahatlıqla tapa bilərsiniz. Bir neçə dəqiqə ərzində sayt vasitəsilə axtardığınız ehtiyat hissənin sizə ən yaxın hansı mağazada satıldığını öyrən bilərsiniz.