Haqqımızda

 

  1. Dünya şöhrətli şin istehsalçılarının geniş məhsul çeşidlərini təklif edən  "Tekeral.az"  saytına xoş gəlmisiniz! Avtomobili həm yay, həm də qış mövsümünə hazırlamaq, habelə etibarlı ehtiyat təkərə sahib olmaq üçün kompüterinizdən, eləcə də mobil telefonunuzdan "Tekeral.az" saytına daxil olmaq kifayət edir. Bu sayta daxil olan hər bir avtomobil sahibini münasib qiymət, operativ çatdırılma, fərdi yanaşma və geniş məhsul çeşidi gözləyir. Saytda təklif olunan məhsulların hər biri haqqında ətraflı məlumatın yerləşdirilməsinə baxmayaraq hər zaman onlayn rejimində çalışan təcrübəli mütəxəssislərimiz müştəriləri maraqlandıran sorğuları böyük həvəslə və peşəkarcasına cavablandırmağa hazırdırlar. Yəqin ki, bizim elan və ya reklamlarla tanış olub "Tekeral.az" saytına daxil olmazdan öncə hər kəs belə bir sualla üz-üzə qalır: "Nəyə görə mən şin seçimimi "Tekeral.az" saytında etməliyəm"? Bu suala bizim aşağıda qeyd olunan üstünlüklərimizi oxuduqdan sonra cavab tapa bilərsiniz:

    1. Geniş çeşid sırası və endirimli qiymətlər – fəaliyyətə başlayanadək biz Azərbaycanda mövcud olan demək olar ki, bütün rəsmi distribütor və dilerlərlə əməkdaşlıq münasibətləri yaratdıq. Bu münasibətlər bizə imkan verir ki, şin bazarının "nəbzini" daim nəzarətdə saxlayaraq, müştərilərimizə həm qış, həm də yay mövsümünün yeni şin modellərini çox sərfəli və endirimli qiymətlərlə təklif edək;


    2Seçim zamanı hərtərəfli dəstək - saytda həm istehsalçı markaları, həm ölçülər, həm mövsümlər, həm də avtomobil markaları üzrə şin axtarışı üçün rahat və funksional sistemi mövcuddur. «Tekeral.az» saytından şin sifariş vermək çox asan və rahatdır. «Tekeral.az» saytının xidmətlərindən faydalanmaqla siz həm əsl servisin nə olduğunu görüb qiymətləndirəcək, həm də avtomobilinizin daha təhlükəsiz və rahat şinlərlə təmin olunmasına nail olacaqsınız. Şinlər avtomobilin əsas elementi olmaqla onun hərəkətinin təminatçısıdır. Məhz şinlərin keyfiyyəti yolda hərəkətin rahatlığı və təhlükəsizliyini müəyyən edir. Təcrübəli sürücülər yaxşı bilirlər ki, avtomobil üçün şin alarkən "qənaət" etmək olmaz, bu zaman qiyməti deyil, ən müasir texnologiyaların imkanları hesabına başa gələn ən etibarlı və dözümlü şinləri seçmək lazımdır.

    Uğurlu alış-verişlər!

    Hörmətlə, "Teker
    al.az" komandası