Haqqımızda

“Tekeral.az” şirkəti 2016-cı ildən Azərbaycanda öz fəaliyyətinə başlamışdır. Artıq 6 ildir sedan, 4x4 SUV və yüngül çəkili yük avtomobilləri üçün rezin şinlərin topdan və pərakəndə satışının fəaliyyəti ilə məşğuldur. Anbarımızda mövcud olan təkərlər sizin uzunmüddətli təhlükəsiz və rahat istifadəniz üçün əlçatandır. Müxtəlif ölçülü təkərlər ilə zəngin olan Tekeral.az saytı vasitəsi ilə rahatlıqla istədiyiniz təkəri seçim edib əldə edə bilərsiniz. Bu seçimdə bizim peşəkar kollektivimiz sizə dəstək olacaq, tez bir zamanda avtomobilinizin yeni təkərlərini montaj və balans edib sizə təhvil verəcəkdir.
Həmçinin bölgələrdə yaşayan vətəndaşlarımız üçün çatdırılma xidməti mövcuddur.


Missiyamız
“Tekeral.az” olaraq biz tək təkər satmırıq, sizin həyat təhlükəsizliyinə zəmanət veririk!

Gələcək strategiyamız
Məqsədimiz vətəndaşlarımıza keyfiyyətli xidmət göstərmək, gələcəkdə yeni servis mərkəzlərimizi siz dəyərli müştərilərimizə təqdim etməkdən ibarətdir.