Avtomobil üçün hansı şinləri seçmək yaxşıdır?

Oxunub: 427
18/12/2022

Bütün avtomobil şinlərini 3 növə bölmək olar: qış, yay və bütün mövsümlər üçün. Onlar bir-birindən təkərlərin tərkibi və protektorların cizgiləri ilə fərqlənirlər. Qış şinlərində protektorun şəkli çox aydındır və çox vaxt onun tikanları olur. Bundan başqa, qış təkərlərinin xarakterik cəhəti onların yüksək plastikliyidir.
Yay şinlərinin protektorlarında əsasən suyun axıdılmasına xidmət edən uzununa cizgilər üstünlük təşkil edir, eninə cizgilər isə daha azdır. Qışda aşağı temperaturda yay şinlərinin rezini sərtləşir və yol örtüyü ilə yaxşı tutunmanı təmin etmir.
Bütün mövsümlər üçün şinlər özündə həm qış, həm də yay şinlərinin parametrlərini birləşdirir.
Aydındır ki, avtomobilinizə uyğun maksimal yüklənməli şinlər almaq lazımdır. Yəni həm yük, həm də sərnişin daşınması üçün nəzərdə tutulan avtomobillər üçün olan şinləri minik avtomobilinə, yaxud da əksinə, quraşdırmaq məqsədəuyğun deyil. Alış zamanı istehsalçının məsləhət gördüyü və markalanmaqla şində əks olunan sürət indeksini də nəzərə almaq lazımdır.
Düzgün seçilmiş təkərlər sizə yanacaq sərfində ən azı 5% qənaət etməyə imkan verəcək. Özünüzü yeni şinlər almaqla sevindirin, lakin yaddan çıxarmayın ki, onları düzgün təzyiqdə saxlamaq lazımdır. Təzyiqin cəmi 10-15% azalması yanacaq sərfini çox artıra, avtomobilin idarəedilməsini aşağı sala, yəni düzgün şin seçmək cəhdlərinizi heçə endirə bilər.